Avtomobilimin şinlərinin ölçülərini dəyişə bilərəmmi? -SUALA CAVAB
13 Dekabr 2025, 23:44
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1700
01.04.2025, 17:53
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu gecə növbəsində çalışan şəxslərin hüquqları ilə bağlıdır.
Gecə vaxtı işə cəlb olunuram,əlavə əmək haqqı almalıyam?
Əmək Məcəlləsinin 97-ci maddəsinin 1-ci bəndinə əsasən saat 22:00-dən səhər saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır.
Nazirlər Kabinetinin 5 aprel 2001-ci il qərarına əsasən gecə vaxtı yerinə yetirilən işin hər saatına görə,işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi,çoxnövbəli iş rejiminin gecə növbəsində işçinin saatlıq tarif (vəzifə) maaşının 40 faizi həddində əlavə haqq müəyyən edilir.
Həmçinin oxuyun
Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə,əmək haqqının ödənilməsi zamanı işçinin saatlıq vəzifə maaşını tapmaq üçün onun aylıq vəzifə maaşını ödəniş aparılan ayın iş vaxtı normasına bölmək lazımdır.
Aşağadakı işçilərin gecə vaxtı işlərə cəlb edilməsi qadağandır:
hamilə qadınlar;
üç yaşınadək uşağı olan qadınlar;
yaşı 18-dən az olan işçilər (Axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir.).
Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
Hazırladı: Miri Məcidli
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.